Rusiyada yeni anım günü təsis edilib
Rusiya Prezidenti Vladimir Putin ölkədə yeni anım tarixinin müəyyən edilməsini nəzərdə tutan qanunu imzalayıb. Qanuna əsasən, 19 aprel Sovet xalqının soyqırımı qurbanlarının Anım Günü kimi qeyd olunacaq.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yeni anım gününün təsis edilməsində məqsəd Böyük Vətən müharibəsi illərində sovet xalqına qarşı törədilmiş kütləvi qırğınların və cinayətlərin xatirəsini əbədiləşdirmək, tarixi həqiqətlərin qorunmasını təmin etməkdir.
Türkanə Məşədiyeva
11:36 29.12.2025
Oxunuş sayı: 3278