Bakıda Kvadrantid meteor yağışı gözlənilir
Gələn il yanvarın əvvəlində astronomik hadisə - Kvadrantid meteor yağışı Bakıda və ölkənin digər bölgələrində müşahidə olunacaq.
Bu barədə Crossmedia.az xəbər verir.
Astronomiya üzrə mütəxəssislər bildirirlər ki, meteor yağışı ən yaxşı açıq səma altında, şəhər işıqlarından uzaq yerlərdə görünəcək. Hadisə ilin ilk böyük meteor hadisələrindən biri hesab olunur və astronomiya həvəskarları üçün maraqlı görüntülər təqdim edəcək.
Qeyd olunur ki, Kvadrantid meteor yağışı ən aktiv dövründə bir saat ərzində 50–100 meteora qədər müşahidə edilə bilər.
Türkanə Məşədiyeva
11:28 29.12.2025
Oxunuş sayı: 2971