Tramp: Ukrayna üzrə razılaşmanın 95 faizi əldə olunub
Donald Tramp və Volodimir Zelenski arasında keçirilən danışıqlardan sonra Ukrayna münaqişəsi ilə bağlı mühüm açıqlamalar verilib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Tramp görüşün uğurlu keçdiyini bildirib və razılaşma üzrə 95% razılıq əldə olunduğunu deyib. Onun sözlərinə görə, Putin Ukraynanın uğur qazanmasını istəyir, Rusiya yenidənqurmaya kömək etməyə hazırdır. Ərazi və təmas xətti məsələləri hələ tam həll edilməyib, lakin qalan problemlərin yaxın həftələrdə aradan qaldırılması gözlənilir. Tramp qeyd edib ki, Ukraynanın təhlükəsizlik zəmanətlərinin əsas hissəsini Avropa, qismən isə ABŞ təmin edəcək.
Zelenski isə razılaşmanı yekunlaşdırmaq üçün yaxın həftələrdə yeni görüşlərin keçiriləcəyini açıqlayıb. O bildirib ki, sülh planının bəzi bəndləri referendumla həll ediləcək, ABŞ-la təhlükəsizlik zəmanətləri tam, Avropa ilə üçtərəfli zəmanətlər isə demək olar ki, razılaşdırılıb.
Nəzrin Abbas
10:32 29.12.2025
Oxunuş sayı: 4854