Meksikada qatar qəzası: 13 nəfər ölüb, 98 nəfər yaralanıb
Meksikanın Oaxaka ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 13 nəfər həlak olub, daha 98 nəfər isə xəsarət alıb. Bu barədə Meksika hakimiyyət orqanları məlumat yayıb.
Crossmedia.az bu barədə Reuters agentliyinə istinadən xəbər verir.
Rəsmi açıqlamada bildirilir ki, xəsarət alanlardan 39 nəfərin vəziyyəti təhlükə altında deyil, 36 nəfər isə xəstəxanada tibbi yardım alır. “Təəssüflə bildiririk ki, qəza nəticəsində 13 nəfər həyatını itirib” – deyə məlumatda qeyd olunub.
Qatar Oaxaka ştatının Nisanda (Nisandy) bölgəsində relsdən çıxıb. Hadisə zamanı qatarda ümumilikdə 241 sərnişin olub. Hadisənin səbəbləri araşdırılır.
Günel Verdiyeva
10:23 29.12.2025
Oxunuş sayı: 3867