Ukraynada daha bir azərbaycanlı həyatını itirib
Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həyatını itirib.
Crossmedia.az bu barədə xəbər verir.
Şəmkir rayonundan olan Elvin Qarayev Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşərkən həlak olub. Məlumata görə, Elvin Qarayev bir müddət itkin düşmüş hesab edilib, daha sonra onun meyiti tapılıb.
Həlak olan hərbçinin nəşi bu gün Bakıya gətiriləcək. Elvin Qarayevin dəfn mərasimi Şəmkir rayonunda keçiriləcək.
Günel Verdiyeva
10:46 29.12.2025
Oxunuş sayı: 4093