Keçmiş prezident bütün rəsmi təltiflərini itirib
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev bütün dövlət mükafatlarından məhrum edilib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, müvafiq sərəncamı ölkə prezidenti Sadır Japarov imzalayıb.
Atambayev “Qırğızıstan Qəhrəmanı” fəxri adı, II dərəcəli “Manas” ordeni, “Danaker” ordeni və “Dank” medalından məhrum olunub. Mükafatlar Dövlət Mükafatları Fonduna təhvil veriləcək.
Qeyd edək ki, Atambayev 2011–2017-ci illərdə prezident olub və 2019-cu ildə baş verən Koy-Taş hadisələrinə görə 11,5 il azadlıqdan məhrum edilib.
09:26 29.12.2025
Oxunuş sayı: 3225