Ukrayna hərbi-sənaye kompleksinə dəstək verəcək proqram təqdim edilib
Avropa İttifaqı yeni "sənaye zirehi" çərçivəsində Avropa Müdafiə Sənayesi Proqramını təsdiqləyib. Proqram çərçivəsində Ukrayna hərbi-sənaye kompleksinə dəstək üçün ayrıca alət yaradılıb və ümumi maliyyəsi 300 milyon avro təşkil edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, proqramın əsas məqsədi Avropadakı müdafiə zəncirlərini vahid sistem kimi işlətmək üçün əməkdaşlığı sürətləndirmək, istehsalın lokallaşdırılması, birgə satınalmalar və standartlaşdırmanı təmin etməkdir.
Nigar Yahyazadə
23:55 28.12.2025
Oxunuş sayı: 978