Ukraynada minimum pensiyanın 25 min qrivnaya qaldırılması təklif olunur
Ukraynada Ali Rada minimum pensiya məbləğinin 25 000 qrivnaya (təxminən 1000 AZN) qədər artırılmasını təklif edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Təklif olunan artım hazırkı məbləğlə müqayisədə təxminən on dəfə çoxdur və təqaüdçülər üçün daha yaxşı yaşayış şəraitinin təmin edilməsinə yönəlib.
Hazırda Ukraynada stajı olmayan şəxslər üçün minimum pensiya təxminən 2 500 qrivna təşkil edir. Tam əmək stajına malik pensiyaçıların aldığı minimum pensiya isə 8 000 qrivnadır.
Təklifin parlamentdə müzakirə mərhələsində olduğu bildirilir.
22:09 28.12.2025
Oxunuş sayı: 1183