Latakiyada müstəqillik etirazları
Suriyada siyasi və təhlükəsizlik baxımından həssas dövr yaşandığı bir vaxtda, ölkənin sahilyanı Latakiya vilayətində diqqətçəkən hadisələr baş verib.
Crossmedia.az xəbər verir ki, Ələvi lideri Şeyx Qəzəlin çağırışından sonra Ələvi icması Latakiyada küçələrə çıxaraq müstəqillik tələb etməyə başlayıb. Etirazlar zamanı Türkiyə bayraqları yandırılıb.
Baş verənlər Suriyada mövcud olan etnik və məzhəbi gərginliklərin yenidən gündəmə gəlməsinə səbəb olub və Latakiyadakı etirazlar həm ölkə daxilində, həm də regionda diqqətlə izlənilir.
Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi və rəsmi dairələrin buna necə reaksiya verəcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.
Zeynəb Xuduyeva
21:36 28.12.2025
Oxunuş sayı: 1220