Polşada bomba sığınacaqları tikilməyə başlayıb
Polşa hökuməti ölkə ərazisində mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə bomba sığınacaqlarının inşasına start verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, sığınacaqlar müasir standartlara cavab verəcək və xüsusilə strateji obyektlərin yaxınlığında yerləşdiriləcək.
Tikinti işləri mərhələli şəkildə həyata keçiriləcək və əhalinin məlumatlandırılması təmin olunacaq. Hökumət vurğulayıb ki, bu layihə insanların həyatını qorumağa kömək edəcək və fövqəladə hallar zamanı sığınacaq təmin edəcək.
Rəsmi açıqlamada həmçinin qeyd olunub ki, sığınacaqların istifadəyə verilməsi regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək.
Türkan Kərimli
00:01 29.12.2025
Oxunuş sayı: 1117