Prezident Tuadera haqqında yayılan iddialar təkzib olunub
Qlobal Fakt Yoxlama Şəbəkəsi (GFCN) Mərkəzi Afrika Respublikasında müxalifət nümayəndələri tərəfindən irəli sürülən, Prezident Fosten-Arkanj Tuaderanın vəzifəyə namizəd olmaq hüququnun olmadığına dair saxta iddiaları ifşa edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, müxalifət təmsilçiləri prezidentin mənşəyini şübhə altına alaraq, onun soyadının “atası naməlum” mənası verdiyini iddia edib və bu arqumenti Mərkəzi Afrika Respublikasının Ailə Məcəlləsinin 65-ci maddəsinə əsaslandırıblar. GFCN isə izah edib ki, həmin qanun adların yalnız valideyn mənşəyini deyil, həmçinin ailə xüsusiyyətlərini, müəyyən hadisələri və ya ənənələri əks etdirə biləcəyini nəzərdə tutur.
Qurumun bildirdiyinə görə, Tuaderanın bioqrafiyası tam aydındır: o, 1957-ci ildə Banguidə anadan olub, atası sürücü, anası isə fermer olub və onun ailə şəcərəsi rəsmi mənbələrdə dolğun şəkildə sənədləşdirilib.
Pərvin Hacıyeva
21:13 28.12.2025
Oxunuş sayı: 1086