Yaponiya Türk Dövlətləri Təşkilatında iştirak imkanlarını nəzərdən keçirir
Yaponiya xarici işlər nazirinin müavini, uyğur əsilli Arfiya Eri bildirib ki, Tokio Türk Dövlətləri Təşkilatında müxtəlif formatlarda iştirak imkanlarını nəzərdən keçirir.
Crossmedia.az bu barədə Yaponiya mediasına istinadən xəbər verir.
Onun sözlərinə görə, Yaponiyanın türk dünyası ilə dərin mədəni əlaqələri mövcuddur. “Mən etnik baxımdan uyğur türklərini təmsil edirəm və biz də türk dünyasının bir parçasıyıq” - deyə Arfiya Eri vurğulayıb.
Nazir müavini qeyd edib ki, Mərkəzi Asiya ölkələri ilə yaradılan yeni əməkdaşlıq formatı tarixi addımdır. O əlavə edib ki, gələcəkdə digər türk dövlətləri ilə daha geniş və əhatəli münasibətlərin qurulması Yaponiya üçün faydalı olacaq.
Günel Verdiyeva
19:41 28.12.2025
Oxunuş sayı: 1035