Putinin xüsusi nümayəndəsi: Bu gün sülh yolunda mühüm gündür
Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Zelenski ilə Trampın görüşü ərəfəsində paylaşım edərək, bu günü “sülh yolunda vacib mərhələ” adlandırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, paylaşımda “böyük liderlər”, “dürüst dialoq” və “sülhməramlıların” qalib gəlməli olduğu vurğulanıb.
O, həmçinin müharibəni qızışdıranların və aldadıcı mövqe tutanların tövbə etməli olduğunu qeyd edib.
Türkan Kərimli
19:23 28.12.2025
Oxunuş sayı: 1521