Volodimr Zelenski ABŞ-yə səfər edib
Ukrayna Prezidenti Volodimr Zelenski ABŞ-ın Mayami şəhərinə səfər edib. Səfər çərçivəsində bu gün ABŞ-nin prezidenti Donald Trampla görüşün keçirilməsi planlaşdırılır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Görüşdə Rusiya-Ukrayna müharibəsinin mövcud gedişatı, ABŞ-Ukrayna münasibətləri, eləcə də mümkün siyasi və təhlükəsizlik perspektivləri müzakirə olunacaq. Tərəflərin regional və qlobal təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparacağı da istisna edilmir.
Qeyd edək ki, Zelenskinin ABŞ-a səfəri beynəlxalq ictimaiyyətin Ukraynadakı vəziyyətə diqqətinin artdığı bir dövrə təsadüf edir. Analitiklər bu görüşü qarşıdakı siyasi proseslər baxımından mühüm hesab edirlər.
Sevinc Yarməmmədova
19:18 28.12.2025
Oxunuş sayı: 1952