ABŞ Avropa ilə müttəfiqliyi faktiki olaraq pozub
ABŞ 2025-ci ildə Avropa ilə uzun illərdir davam edən müttəfiqlik münasibətlərini faktiki olaraq sona çatdırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Donald Trampın prezidentliyinin ikinci müddəti Avropa ölkələrinə qarşı açıq düşmən münasibət və Rusiya ilə yaxınlaşma ilə müşayiət olunur. Bu vəziyyət fonunda NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin real məna kəsb edib-etmədiyi sual altına düşüb.
Mövcud proseslər Avropa–ABŞ münasibətlərində ciddi dönüş nöqtəsi yaradır və transatlantik təhlükəsizlik sisteminin gələcəyinə dair qeyri-müəyyənliyi artırır.
Nigar Yahyazadə
17:45 28.12.2025
Oxunuş sayı: 1288