Fransız aktrisa Bricit Bordo vəfat edib
Fransız kinosunun tanınmış və nüfuzlu simalarından biri olan aktrisa Bricit Bordo 91 yaşında dünyasını dəyişib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Bricit Bordo XX əsr Fransa kinosunun ən parlaq ulduzlarından biri kimi tanınırdı.
O, həm kino fəaliyyəti, həm də ictimai nüfuzu ilə uzun illər diqqət mərkəzində olub. Aktrisanın vəfatı Fransa mədəniyyəti və kino ictimaiyyəti üçün böyük itki kimi qiymətləndirilir.
Pərvin Hacıyeva
16:20 28.12.2025
Oxunuş sayı: 1395