Özbəkistan xarici sərmayəni cəlb etmək üçün vergiləri endirir
Özbəkistan höküməti xarici sərmayəni cəlb etmək məqsədilə vergilərin endirilməsi və gömrük rüsumlarının azaldılması üzərində işləyir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Eyni zamanda hökümət kiçik sahibkarlığı dəstəkləmək üçün daxili biznesə tətbiq olunan vergi faizini 5%-dən aşağı endirməyi planlaşdırır.
16:12 28.12.2025
Oxunuş sayı: 1194