NASA Ayda yeni elmi baza qurur
Ayda yeni elmi və tədqiqat bazası qurmaq planları açıqlanıb. Bu addım kosmik tədqiqatları genişləndirmək və gələcəkdə Ayda insan varlığını davamlı etmək məqsədini daşıyır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, NASA-nın direktoru Cared Aizekman Ayda baza qurmaq planlarını açıqlayıb.
Bu baza insanlığın kosmosdakı fəaliyyətlərini genişləndirmək və gələcəkdə Ayda davamlı yaşayış imkanlarını tədqiq etmək üçün nəzərdə tutulur.
Təşəbbüs, həmçinin beynəlxalq əməkdaşlıqların gücləndirilməsinə və kosmik texnologiyaların inkişafına töhfə verəcək.
Zeynəb Xuduyeva
16:05 28.12.2025
Oxunuş sayı: 1118