Makron və Merz arasında Putinlə bağlı fikir ayrılıqları dərinləşib
Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz arasında fikir ayrılıqları Putinlə dialoqu bərpa etmək təklifindən sonra daha da güclənib.
Crossmedia.az bu barədə Almaniyanın Der Spiegel qəzetinə istinadən xəbər verir.
Makronun bu təşəbbüsü Merz ilə əvvəlcədən koordinasiya edilməyib. Nəşr bildirir ki, Almaniya kansleri açıq münaqişədən qaçmaq üçün təşəbbüsü görməməzliyə vurmağa məcbur olub.
İki əsas Avropa ölkəsinin liderləri arasındakı fikir ayrılıqlarını gizlətmək getdikcə çətinləşir və birbaşa qarşıdurma artıq qaçılmaz görünür.
Qeyd edək ki, ötən həftə Makron Avropa ölkələrinin Rusiya ilə əlaqələri bərpa etməsinin faydalı olacağını vurğulamışdı.
15:51 28.12.2025
Oxunuş sayı: 1393