Yaponiya 2026-cı il üçün müdafiə büdcəsini rekord həddə artırır
Yaponiya hökuməti 2026 maliyyə ili üçün müdafiə büdcəsinin 58 milyard dollara çatdırılacağını elan edib ki, bu da əvvəlki illə müqayisədə 9,4% artım deməkdir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Ayrılan vəsaitin əhəmiyyətli hissəsinin 1000 kilometrədək mənzilə malik uzaqmənzilli gəmiəleyhinə raketlərin alınmasına yönəldiləcəyi bildirilir.
Bu addım Çində narahatlıqla qarşılanıb və Pekin Tokio tərəfindən “militarist meyillərin yenidən dirçəldilməsi” kimi qiymətləndirib.
15:12 28.12.2025
Oxunuş sayı: 1132