ABŞ Polşa üçün 4,7 milyard dollarlıq “Apache” helikopterləri istehsal edəcək
ABŞ Polşa ilə 96 ədəd AH-64E Apache hücum helikopterinin tikintisini nəzərdə tutan 4,7 milyard dollarlıq müqavilə imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Müqaviləyə əsasən, Boeing şirkəti Polşa ordusu üçün ən son model “Apache” helikopterlərini istehsal edəcək, eyni zamanda şəxsi heyətin hazırlanmasını həyata keçirəcək və Polşa ərazisində təlim mərkəzləri yaradacaq.
Bu razılaşma Polşa tarixində “Apache” helikopterləri üzrə ən böyük hərbi tədarük kimi qiymətləndirilir.
15:06 28.12.2025
Oxunuş sayı: 1298