NASA: Artemis II missiyası 2026-cı ilin əvvəlində Aya insanlı uçuş edəcək
NASA Artemis proqramı çərçivəsində mühüm irəliləyiş əldə edildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Ay ətrafında insanlı uçuşu nəzərdə tutan Artemis II missiyası 2026-cı ilin əvvəlinə planlaşdırılır və bu, son 50 ildən çox müddətdə Aya ilk insanlı uçuş olacaq.
Eyni zamanda NASA Artemis III Ay enişi missiyası və Yer müşahidələri üçün NISAR peykinin buraxılışı da daxil olmaqla digər elmi layihələr üzərində hazırlıqları davam etdirir.
15:01 28.12.2025
Oxunuş sayı: 1285