Lavrov: Tayvan münaqişəsi kəskinləşərsə, Rusiya Çini dəstəkləyəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Tayvan ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Moskva Çinin milli birliyinin və ərazi bütövlüyünün müdafiəsində Pekinə dəstək verəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov bu fikirləri 2025-ci ilin yekunlarına dair verdiyi müsahibədə səsləndirib.
Onun sözlərinə görə, Rusiya Çinin ərazi bütövlüyü prinsipinə sadiqdir və bu mövqeyini beynəlxalq platformalarda da davam etdirəcək.
Nigar Yahyazadə
14:56 28.12.2025
Oxunuş sayı: 1129