Tramp-Zelenski görüşü Floridada iki saat tez başlayacaq
ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında Floridada planlaşdırılan görüş iki saat tez vaxta keçirilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin məlumatına görə, görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 22:00) başlayacaq.
Məlumata əsasən, görüşün vaxtının dəyişdirilməsi texniki səbəblərlə bağlıdır. Tərəflərin müzakirə gündəliyində ikitərəfli münasibətlər və beynəlxalq təhlükəsizlik məsələlərinin yer alacağı gözlənilir.
Türkan Kərimli
14:15 28.12.2025
Oxunuş sayı: 1356