Siciliyada Etna vulkanı güclü püskürüb
Siciliyada yerləşən Etna vulkanında güclü püskürmə baş verib. Aktivliyin pik dövründə kraterdən 300–400 metr hündürlüyə çatan lava fontanları qeydə alınıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Vulkanın püskürməsi nəticəsində bir neçə kilometr yüksələn kül sütunu ətrafdakı bir neçə yaşayış məntəqəsini örtüb.
Hadisə ilə əlaqədar yerli hakimiyyət orqanları “sarı” təhlükə səviyyəsi elan edib. Mütəxəssislər vəziyyətin nəzarət altında olduğunu bildirsələr də, əhaliyə ehtiyatlı olmaları tövsiyə edilir.
Mehriban İbrahimli
14:09 28.12.2025
Oxunuş sayı: 1159