İran və Qətərdən Qəzza və Livanla bağlı birgə mövqe
İranın xarici işlər naziri Abbas Əraqçı Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdullah Al-Tani ilə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, tərəflər regional prosesləri və təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Söhbət zamanı İsrailin Qəzza və Livana hücumlarının davam etməsi fonunda Fələstin və Livandakı vəziyyətlə bağlı narahatlıq ifadə olunub.
Görüşdə, habelə, Yəməndə baş verən son hadisələr nəzərdən keçirilib, ölkənin ərazi bütövlüyü və birliyinin qorunmasının önəmi qeyd olunub.
13:36 28.12.2025
Oxunuş sayı: 1097