Rusiyanın Kiyevə hücumu: ölən və yaralananlar var
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi növbəti hücum nəticəsində iki nəfər həyatını itirib, onlarla insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücum zamanı yaşayış binaları və mülki infrastruktur hədəfə alınıb. Partlayışlar nəticəsində bir neçə binaya ciddi ziyan dəyib, yanğınlar baş verib. Hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadaları cəlb olunub, yaralılar xəstəxanalara yerləşdirilib.
Türkanə Məşədiyeva
11:37 28.12.2025
Oxunuş sayı: 1323