Hindistan ABŞ-nin peykini kosmosa buraxdı
Hindistan ABŞ-yə məxsus yeni nəsil rabitə peykini uğurla orbitə çıxarıb. Ən böyük kommersiya rabitə antenasına malik olan “BlueBird Block-2” peyki Hindistanın kosmodromundan buraxılıb.
Crossmedia.az xəbər verir ki,məlumata görə, buraxılış Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) daşıyıcı raketi vasitəsilə həyata keçirilib. Peyk ABŞ-ın peyk rabitəsi sahəsində fəaliyyət göstərən şirkəti üçün nəzərdə tutulub və geniş əhatəli mobil rabitə xidmətlərinin təmin edilməsinə xidmət edəcək.
“BlueBird Block-2” xüsusilə uzaq və çətin əlçatan bölgələrdə birbaşa peyk üzərindən mobil əlaqənin qurulması imkanlarını genişləndirir. Layihə ABŞ və Hindistan arasında kosmik sahədə texnoloji əməkdaşlığın dərinləşdiyini göstərən növbəti nümunə kimi qiymətləndirilir.
Qeyd olunur ki, peykin orbitə uğurla yerləşdirilməsi onun istismar mərhələsinə keçidi üçün əsas mərhələ hesab olunur.
Nastya Qəniyeva
10:24 28.12.2025
Oxunuş sayı: 1095