Yaponiya Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığa maraqlıdır
Yaponiya regionda artan təhlükəsizlik çağırışları fonunda müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırır. Ölkənin Nazirlər Kabineti 2026-cı maliyyə ili üçün 9 trilyon yendən (təxminən 58 milyard dollar) artıq məbləğdə rekord həcmdə müdafiə büdcəsini təsdiqləyib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, büdcə planı təsdiq üçün parlamentə təqdim olunacaq. Hərbi sahədə maliyyələşmənin artırılmasını nəzərdə tutan beşillik proqram Yaponiyanı müdafiə xərclərinin həcminə görə ABŞ və Çindən sonra dünyada üçüncü yerə çıxarmağı hədəfləyir.
Açıqlamada qeyd olunub ki, müdafiə büdcəsindən təxminən 970 milyard yen (6,2 milyard dollar) uzaqmənzilli raket silahlarının alınmasına yönəldiləcək. Bu vəsaitin 177 milyard yeni (1,13 milyard dollar) təxminən 1000 kilometr məsafəyə malik Type-12 gəmiəleyhinə raketlərin tədarükünə sərf olunacaq.
Bundan əlavə, təxminən 100 milyard yenin 2028-ci ilin mart ayınadək havada, dənizdə və su altında fəaliyyət göstərə bilən iri pilotsuz aparatları əhatə edən SHIELD sisteminin yerləşdirilməsinə xərclənməsi planlaşdırılır.
Türkanə Məşədiyeva
04:25 28.12.2025
Oxunuş sayı: 1117