️ Zelenski Trampla danışıqlardan əvvəl Kanadanın Baş naziri ilə görüşəcək
Ukrayna prezidenti 28 dekabrda Floridada Donald Trampla görüşməzdən əvvəl Kanadanın Baş naziri Mark Karni ilə danışıqlar aparacağını açıqlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Bəli, hazırda ABŞ-ın Florida ştatına gedən təyyarədəyik.Bu marşrutla Kanadada dayanacağıq və Baş nazir Karni ilə görüşüm olacaq", - deyə o, jurnalistlərə bildirib.
22:46 27.12.2025
Oxunuş sayı: 1009