Ultrasağçı Denis Kapustin Zaporojye cəbhəsində öldürülüb
Rusiya Könüllü Briqadasının lideri, Rusiyada ultrasağçı və terrorçu kimi tanınan Denis Kapustin (WhiteRex) Zaporojye cəbhəsində öldürülüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Kapustin Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində həlak olub.
Onun təmsil etdiyi Könüllü Briqadasının daha əvvəl Kursk istiqamətində Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) ilə əməkdaşlıq etdiyi bildirilir.
21:52 27.12.2025
Oxunuş sayı: 938