Türkiyə Ermənistanla sərhədini qismən açmağa hazırlaşır
Türkiyə Ermənistanla sərhədini qismən açmağa hazırlaşır.
Crossmedia.az bu barədə Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Ankara 2026-cı ilin yanvarından etibarən sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmağı planlaşdırır.
Bildirilir ki, bu addım Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində atıla bilər və tərəflər arasında əlaqələrin mərhələli şəkildə genişləndirilməsini nəzərdə tutur.
21:45 27.12.2025
Oxunuş sayı: 958