Ərəb müttəfiqlər İranın müdafiəsi üçün heç vaxt atəş açmayıb - Zərif
İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, Tehranının xarici siyasətini izlədiyi onilliklər ərzində ərəb hərəkatlarının və ya Suriya hakimiyyətinin İrana kömək məqsədilə atəş açdığı heç bir hal qeydə alınmayıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, nə “Hizbullah”, nə HƏMAS, nə “İslami Cihad”, nə də Suriya hökuməti İranın müdafiəsi naminə hər hansı hərbi addım atıb. “İrana yardım etmək üçün heç olmasa bir güllə atan olubmu?” — deyə Zərif sual edib.
Zərif qeyd edib ki, 45 il ərzində İran hücumlara məruz qalsa da və “ərəblərə verdiyi dəstəyə görə əziyyət çəksə də”, İranın müdafiəsi üçün nə İsrailə, nə də başqa bir ölkəyə qarşı bir güllə belə atılmayıb.
Keçmiş nazirin açıqlamaları regionda müttəfiqlik münasibətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Türkanə Məşədiyeva
16:42 27.12.2025
Oxunuş sayı: 1234