Tramp: Zelenski qərarları mənim təsdiqim olmadan verə bilməz
ABŞ prezidenti Donald Tramp “Politico”ya müsahibəsində bildirib ki, Vladimir Zelenski onun razılığı olmadan “heç nəyə sahib deyil”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Ukrayna prezidentinin təqdim etdiyi 20 maddəlik sülh planına ciddi maraq göstərməyib və onu dəstəkləməyə tələsmədiyini bildirib. Onun sözlərinə görə, bu təşəbbüs hələlik yetərincə inandırıcı deyil.
Bununla yanaşı, Tramp həftəsonu Zelenski ilə mümkün görüşün məhsuldar ola biləcəyini qeyd edib. O, həmçinin yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə də danışmağı planlaşdırdığını, bu görüşün isə “istədiyi qədər tez” baş tuta biləcəyini vurğulayıb.
Türkan Kərimli
14:53 27.12.2025
Oxunuş sayı: 1330