Belarusun Vitebsk vilayətində avtobus qəzası: 1 ölü, 6 yaralı
Belarusun Vitebsk vilayətində avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Belarusun Daxili İşlər Nazirliyi məlumat yayıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir.
Bildirilib ki, qəza nəticəsində bir nəfər həyatını itirib, altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rusiyanın Belarusdakı səfirliyinin verdiyi məlumata görə, xəsarət alanlar arasında avtobusun sürücüsü də daxil olmaqla beş Rusiya vətəndaşı var.
Hadisənin başvermə səbəbləri araşdırılır. Rəsmi qurumlar əlavə məlumat verəcəyini bildirib.
Türkanə Məşədiyeva
14:45 27.12.2025
Oxunuş sayı: 1186