The Cure qrupunun üzvü Perri Bamont 65 yaşında vəfat edib
Britaniyanın məşhur “The Cure” qrupunun gitaristi və klaviatura ifaçısı Perri Bamont 65 yaşında dünyasını dəyişib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qrup rəsmi internet saytında məlumat yayıb. Bildirilib ki, musiqiçi Milad günlərində evində, qısa sürən xəstəlikdən sonra vəfat edib.
“The Cure” üzvləri açıqlamada Perri Bamontu qrupun tarixində mühüm yer tutan, səmimi və enerjili bir şəxsiyyət kimi xarakterizə ediblər. Qeyd olunub ki, o, təkcə peşəkar musiqiçi deyil, eyni zamanda qrup üçün yaxın dost və əvəzolunmaz bandmate olub.
Türkan Kərimli
14:38 27.12.2025
Oxunuş sayı: 1183