Marko Rubio Yəmənin cənub-şərqində baş verən hərbi eskalasiya ilə bağlı narahatlığını ifadə edib
ABŞ dövlət katibi Rubio bildirib ki, ABŞ bölgədə baş verən hadisələri diqqətlə izləyir və qarşıdurmada iştirak edən bütün tərəfləri təmkin nümayiş etdirməyə çağırır. Onun sözlərinə görə, mövcud gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün dialoq və diplomatik səylər davam etdirilməlidir.
Crossmedia.az xəbər verir ki, “Birləşmiş Ştatlar Yəmənin cənub-şərqindəki son hadisələrdən narahatdır. Biz tərəfləri təmkinli olmağa və davamlı, uzunmüddətli həllə nail olmaq məqsədilə diplomatiyanı davam etdirməyə çağırırıq”, – deyə ABŞ-ın ali diplomatı X sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd edib.
Qeyd edək ki, son günlər Yəmənin cənub-şərqində hərbi aktivliyin artması regionda təhlükəsizlik vəziyyətinin yenidən gərginləşdiyinə dair narahatlıqları gücləndirib. ABŞ isə münaqişənin siyasi yolla həllinin vacibliyini vurğulayaraq, eskalasiyadan çəkinməyə çağırış edir.
Sevinc Yarməmmədova
12:54 27.12.2025
Oxunuş sayı: 3830