Afrika İttifaqı İsrailin Somalilandla bağlı qərarını pislədi
Afrika İttifaqı İsrailin Somalinin bir əyaləti olan Somalilandı suveren və müstəqil dövlət kimi tanımaq qərarını pisləyib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusif yaydığı bəyanatda bildirib.
“Somalinin birliyini, suverenliyini və ərazi bütövlüyünü sarsıtmağa yönələn istənilən cəhd Afrika İttifaqının əsas prinsiplərinə ziddir və qitə boyunca sülh və sabitlik üçün genişmiqyaslı nəticələrə səbəb ola biləcək təhlükəli presedent yaradır”, – deyə Afrika İttifaqının rəhbəri vurğulayıb.
Pərvin Hacıyeva
12:48 27.12.2025
Oxunuş sayı: 3757