Liviyalı hərbçilərin cənazələri Ankaradan vətənlərinə yola salınıb
Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Əli Əl-Həddad və onu müşayiət edən hərbi heyətin olduğu təyyarənin qəzaya uğraması nəticəsində həlak olan şəxslərin cənazələri Ankarada təşkil olunan rəsmi mərasimdən sonra vətənlərinə göndərilib.
Crossmedia.az xəbər verir ki,mərasim Türkiyənin paytaxtı Ankarada keçirilib. Tədbirdə Türkiyə və Liviya tərəfdən yüksək rütbəli hərbi və mülki rəsmilər, diplomatik nümayəndələr, eləcə də həlak olanların yaxınları iştirak ediblər. Cənazələr qarşısında hərbi ehtiram göstərilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyə rəsmiləri çıxışlarında baş verən faciə ilə bağlı Liviyaya dərin hüznlə başsağlığı veriblər və iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq və hərbi əməkdaşlıq münasibətlərini vurğulayıblar. Bildirilib ki, Türkiyə bu ağır itki zamanı Liviya xalqının yanındadır.
Mərasim başa çatdıqdan sonra həlak olan hərbçilərin cənazələri xüsusi reyslə Liviyaya yola salınıb. Cənazələrin ölkədə dövlət səviyyəsində dəfn ediləcəyi bildirilib.
Nastya Qəniyeva
12:25 27.12.2025
Oxunuş sayı: 3608