Somaliland İsraillə əməkdaşlığı genişləndirir
Özünü müstəqil respublika elan edən Somaliland İsrail ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu açıqlayıb.
Bu barədə Crossmedia.az Somaliland tərəfinin yaydığı rəsmi bəyanata istinadən xəbər verir.
Bəyanatda qeyd olunur ki, Somaliland İsrailin onu suveren dövlət kimi tanımasını “tarixi və prinsipial qərar” kimi qiymətləndirir.
“Somaliland İsrailin suverenliyimizi və müstəqilliyimizi tanıması qərarını alqışlayır və yüksək qiymətləndirir. Bu tanınma Somalilandın beynəlxalq legitimlik uğrunda uzunmüddətli mübarizəsində mühüm mərhələdir,” – deyə sənəddə vurğulanıb.
Eyni zamanda, Somaliland rəhbərliyi bu addımın iki tərəf arasında siyasi, iqtisadi və diplomatik əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açdığını bildirib.
Mehriban İbrahimli
12:36 27.12.2025
Oxunuş sayı: 3852