Rusiya Könüllü Korpusunun komandiri dron zərbəsi ilə öldürülüb
Zaporojye istiqamətində "Rusiya Könüllü Korpusu"nun komandiri Denis Kapustinin öldürüldüyü bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Kapustin Rusiya ordusuna məxsus FPV-dronun zərbəsi nəticəsində həlak olub. Hadisə Zaporojye cəbhəsində baş verib.
Qeyd edək ki, Denis Kapustin Rusiyada 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətinə hücumunun təşkili və dövlətə xəyanət ittihamları ilə qiyabi olaraq ömürlük azadlıqdan məhrum edilib.
Nigar Yahyazadə
12:03 27.12.2025
Oxunuş sayı: 4304