İran və Şimali Koreya arasında gizli kriptovalyuta xətti ifşa olundu
Cənubi Koreya mətbuatının məlumatına görə, İran və Şimali Koreya arasında çirkli pulların yuyulması məqsədilə gizli maliyyə əlaqələri üzə çıxıb. Əməliyyatlar kriptovalyutalar vasitəsilə həyata keçirilib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Şimali Koreya vətəndaşı Sim Hyun-sup şəbəkədə əsas fiqurdur. 2025-ci ilin fevralında onun nəzarətində olan cüzdandan SEPAH-la əlaqəli ünvanlara ən azı 67 min dollar köçürülüb. Bu üsulla İran sanksiyalardan yayınaraq vəsaitləri dollara çevirib və neft ticarətində istifadə edib.
11:22 27.12.2025
Oxunuş sayı: 3002