Özbəkistanın ÜDM-i 145 milyard dolları keçdi
Özbəkistanın ÜDM-i ilk dəfə 145 milyard dollara yüksəlib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, son 5 ildə iqtisadiyyat ikiqat böyüyüb. İxrac isə rekord səviyyəyə çataraq 33 milyard dollar olub.
Ölkəyə gələn xarici sərmayə 37 milyard dolları ötüb, qızıl ehtiyatları isə 51 milyard dollara çatıb. Eyni zamanda, Özbəkistan biznesin azadlığı indeksində 15 pillə irəliləyərək əhəmiyyətli irəliləyiş əldə edib.
Nəzrin Abbas
10:50 27.12.2025
Oxunuş sayı: 3793