Zelenski və Tramp Floridada görüşəcək: Gərgin diplomatiyada həlledici mərhələ
Ukrayna prezidenti Vladimir Zelenskinin bazar günü ABŞ-ın sabiq prezidenti Donald Trampla keçirəcəyi görüş həftələrlə davam edən gərgin diplomatik prosesin kulminasiya nöqtəsi kimi qiymətləndirilir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Zelenski Floridaya səfəri zamanı danışıqlar qrupunun üzvləri ilə birlikdə olacaq. Ukrayna nümayəndə heyətinin üzvlərindən biri, ölkənin BMT-dəki daimi nümayəndəsi Sergey Kıslıtsya bildirib ki, son dövrdə ABŞ və Ukrayna arasında mövqelər xeyli yaxınlaşıb.
“İndi iki liderin zərurət yaranacağı təqdirdə əldə olunan razılaşmanı tənzimləməsi və təsdiqləməsi üçün uyğun zamandır”, – deyə Ukrayna xarici işlər nazirinin müavini qeyd edib.
Nəzrin Abbas
10:24 27.12.2025
Oxunuş sayı: 2992