Meloni: Avropa ABŞ-nin kuklası olmağı dayandırmalı və güclü NATO sütunu qurmalıdır
İtaliyanın Baş naziri Corciya Meloni Avropanın təhlükəsizlik və siyasi müstəqilliyi ilə bağlı sərt bəyanatla çıxış edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, Avropa uzun illər ərzində təhlükəsizliyini ABŞ-a etibar edib, lakin bunun əvəzində real azadlıq əldə etməyib.
“Biz heç kimin xidmətçisi deyilik. Azadlığın qiyməti var. 80 ildir təhlükəsizliyimizi ABŞ-a etibar etmişik və bunun azadlıq olduğunu düşünmüşük, amma belə deyildi. Bunun şərtləri var idi. Azadlıq bahalı ola bilər, lakin ABŞ-ın kuklası olmaqdan daha yaxşıdır”, – deyə Meloni bildirib.
İtaliya hökumətinin başçısı vurğulayıb ki, Avropa artıq ABŞ qədər güclü və hörmətli, təkbaşına dayanan bir NATO sütunu qurmalıdır. Onun fikrincə, Avropa beynəlxalq məsələlərdə dünya ilə masa arxasında müstəqil şəkildə otura bilməlidir.
“Avropa güclü olmağa məhkumdur. Avropa ABŞ-ın kuklası olmağı dayandırmalıdır”, – deyə Corciya Meloni əlavə edib.
Nəzrin Abbas
10:35 27.12.2025
Oxunuş sayı: 3292