Ekvador Peru və Kolumbiya ilə sərhədlərdə məhdudiyyətlər tətbiq edib
Ekvador təhlükəsizliklə bağlı artan narahatlıqlar fonunda Peru və Kolumbiya ilə sərhədlərində məhdudiyyətlər elan edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hər bir sərhəd xəttində yalnız bir keçid məntəqəsi açıq saxlanılmaqla, digər bütün sərhəd keçid məntəqələri 24 dekabr tarixindən etibarən bağlanıb.
Qeyd edək ki, Ekvador 2024-cü ildən bəri ciddi təhlükəsizlik böhranı ilə üzləşib. Həmin dövrdə ölkədə “daxili silahlı münaqişə” vəziyyəti elan olunub. Mövcud durum regionda transmilli cinayətkarlıq və qanunsuz miqrasiya ilə mübarizənin güclənməsi fonunda daha da mürəkkəbləşib.
Nəzrin Abbas
10:25 27.12.2025
Oxunuş sayı: 4030