Tayland və Kamboca sərhəddə atəşkəs barədə razılığa gəldi
Tayland və Kamboca həftələrlə davam edən ölümcül sərhəd toqquşmalarından sonra atəşkəs barədə razılığa gəliblər.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Razılaşmaya əsasən, atəşkəs yerli vaxtla günorta saatlarında qüvvəyə minir. Tərəflər mövcud qoşun mövqelərini dondurmağı, bütün hərbi əməliyyatları və mümkün təxribatları dayandırmağı öhdələrinə götürüblər.
Eyni zamanda, atəşkəs rejiminə nəzarət məqsədilə monitorinq mexanizminin işə salınacağı bildirilib. Razılaşmanın icrasının bölgədə gərginliyin azaldılmasına xidmət edəcəyi gözlənilir.
Nəzrin Abbas
10:12 27.12.2025
Oxunuş sayı: 2941