Yaponiyada kütləvi yol qəzası: 57 avtomobil toqquşdu
Yaponiyada güclü qar yağışı və yolların buz bağlaması nəticəsində kütləvi yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 57 avtomobilin toqquşduğu bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə iki yük avtomobilinin toqquşmasından sonra zəncirvari şəkildə davam edib. Toqquşmadan sonra yanğın baş verib və nəticədə ondan çox avtomobil tamamilə yanaraq məhv olub.
Hadisə nəticəsində iki nəfər həyatını itirib, 26 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzanın baş verdiyi ərazidə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb, xilasedici və tibbi briqadalar hadisə yerinə cəlb olunub.
Nigar Yahyazadə
09:30 27.12.2025
Oxunuş sayı: 3476