ABŞ-nin döyüş dronları Nigeriyada zərbələr endirib – Yerli əhali panikadadır
Nigeriyanın şimal-şərqində yerləşən Sokoto ştatının Tangaza və Tambuwan bölgələri ABŞ-nin döyüş dronları tərəfindən hücuma məruz qalıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Jabo kəndindən verilən xəbərə görə, ABŞ Prezidenti Donald Trampın Nigeriyada terrorçu hədəflərə zərbələr endirilməsi ilə bağlı açıqlamasından sonra bölgədə bombardmanlar başlayıb. Daha sonra isə təyyarəyə bənzər naməlum obyektlərin hücumu qeydə alınıb. Hadisələr yerli əhali arasında ciddi təşvişə səbəb olub.
Raket zərbələrindən biri Sokoto ştatından təxminən 500 kilometr məsafədə yerləşən Kvara ştatının Offa kəndini hədəf alıb. Qəzetə danışan və adının açıqlanmasını istəməyən təhlükəsizlik üzrə mütəxəssis bildirib ki, hücum zamanı ABŞ tərəfindən Tomahawk tipli raketlərdən istifadə olunub.
Qvineya körfəzində yerləşən ABŞ hərbi gəmisindən ümumilikdə 12 Tomahawk raketi buraxılıb. Rəsmi qurumlar hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Türkanə Məşədiyeva
09:15 27.12.2025
Oxunuş sayı: 3717