Qazaxıstanda Şımbulak kurortunda dil insidenti: restoran administratoru işdən çıxarıldı
Qazaxıstanın Şımbulak dağ-xizək kurortunda fəaliyyət göstərən restoranlardan birində dil insidenti baş verib. Məlumata görə, restoranın administratoru müştəriyə qazax dilində xidmət göstərməkdən imtina edib. Hadisə ictimai narazılığa səbəb olub və sosial şəbəkələrdə geniş müzakirə edilib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İddialara əsasən, sözügedən əməkdaşın davranışı dövlət dilinə hörmətsizlik kimi qiymətləndirilib. Məsələ ilə bağlı restoran rəhbərliyi daxili araşdırma aparıb və nəticədə administrator vəzifəsindən azad edilib.
Türkanə Məşədiyeva
23:47 26.12.2025
Oxunuş sayı: 1126